Jan 072019
QHT haqqında / About NGO

ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 12 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb.

Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir.

Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu (üzvdür), Gənclər Təşkilatları Milli Şurası (üzvdür) ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu, Rusiya Duması Yanında Gənclər Parlamenti, Polşa Gənclər Şurası və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir. Təşkilatın rəsmi veb səhifəsi www.ASGA.az

***

Azerbaijan-Slavic Youth Association (ASYA) was registered on June 30, 2006 at the Ministry of Justice of the Republic of Azerbaijan.

Over the years, the organization has achieved significant success in accordance with its specifics. To date, ASYA has implemented more than 100 projects, of which 15 are international projects.

The organization works closely with media organizations. As a result, 3785 articles on NGOs have been published so far. Currently ASYA has a representative office in Russia, Ukraine and Poland. The main goal of the organization is to provide our country with decent propaganda in the Slavic countries and to ensure innovative youth integration.

ASYA works closely with the Ministry of Youth and Sports of the Republic of Azerbaijan, the Ministry of Culture and Tourism, the Council of State Support for NGOs, the Youth Foundation, the National NGO Forum and the National Council of Youth Organizations. In addition, ASYA cooperates with the Department of Youth Affairs of the Council of Europe, the Russian Foundation for Renaissance and Development, the Youth Parliament in the Russian Duma, the Polish Youth Council and Slavic embassies.

The official website of the organization www.ASGA.az

Write a Comment

Your email address will not be published. Required fields are marked *